22 iyun 2026. Bazar ertəsi

İrqçi və homofob təhqirə görə həbs olundular


İrqçi və homofob təhqirə görə həbs olundular

İngiltərə Premyer Liqasının 21-ci turunun “Brayton” – “Çelsi” matçı (1:1) zamanı təhqiredici davranışına görə üç azarkeş həbs olunub.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahibinin azarkeşlərindən biri “Çelsi”nin oyunçusu barədə irqçi, digəri isə qonaq fanatlar barədə homofob təhqir səsləndirib. Bundan başqa, bir “Çelsi” azarkeşi isə “Brayton”un fanatlarını homofob təhqirə məruz qoyub.

Polis hər üç azarkeşi saxlayıb. Onların barəsində yaxın günlərdə məhkəmə qərarı veriləcək.(qol)







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər