15 avqust 2026. Şənbə

Liverpul'da ciddi itki


Liverpul'da ciddi itki
“Liverpul”un futbolçusu Nabi Keyta sıradan çıxıb.

Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp BBC-yə açıqlamasında məlumat verib.
 
Almaniyalı mütəxəssisin sözlərinə görə, 24 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 21-ci turunun “Şeffild Yunayted”lə görüşdən əvvəl isinmə hərəkətləri edərkən zədələnib.
 
Klopp, qvineyalı yarımmüdafiəçinin  İngiltərə kubokunun “Everton”la matçında komandasına kömək edə bilməyəcəyini deyib.
 
Qeyd edək ki, “Liverpul” – “Everton” matçı yanvarın 5-də keçiriləcək.






İngiltərə P.L.