21 aprel 2026. Çərşənbə axşamı

Kim daha artığını istəyə bilər ki? - Klopp


Kim daha artığını istəyə bilər ki? - Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə liqa kubokunda 1/32 finalında "Everton"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, meydanda çoxluq təşkil edən gənc futbolçularının oyununu bəyəndiyini deyib: "Onlar cəsarətli futbol oynadılar. Həm gənc, həm də təcrübəli oyunçular möhtəşəm çıxış etdilər. Adam Lallana əla oynadı.  Co Qomes bəlkə də karyerasında ilk dəfə müdafiəyə nəzarət etdi. Kertis Cons isə fantastik oynadı və fantastik qol vurdu. Kim daha artığını istəyə bilər ki? Əslində bu gecə istədiyim  nəticə bərabərlik idi. Risk etdik, ancaq qarşılığını gördük".

Qeyd edək ki, komandanın qələbə qolunu vuran K.Consun 18 yaşı var.(qol)







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"