15 avqust 2026. Şənbə

Liverpul kapitanını itirdi


Liverpul kapitanını itirdi

İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"a 1:0 hesabı ilə qalib gələn "Liverpul" futbolçusunu itirib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, komandanın kapitanı Ceyms Milner sıradan çıxıb.

Yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək məcburi əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu deyib: "Milner meydandan ağlayaraq ayrıldı. Çox güman ki, əzələsində problem yaşanıb. Zədəsinin ciddi olduğunu düşünürük".

Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"lə keçirəcək.







İngiltərə P.L.