15 avqust 2026. Şənbə

Mersisayd derbisində rekord


Mersisayd derbisində rekord

İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"a qarşı keçirilən görüş "Liverpul" (1:0) üçün əlamətdar olub.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" bu dəfə də derbidə məğlub olmayıb.

"Everton" 2010-cu ildən bəri Liverpul derbilərində qələbə üzü görməyib. Eyni zamanda "Liverpul" 1999-cu ildən "Enfild Roud"da rəqibinə məğlub olmur. Son 21 Mersisayd derbisində "Everton" qələbə üzünə həsrətdi - 10 heç-heçə, 11 məğlubiyyət. Bu da rekord göstəricidi.








İngiltərə P.L.