21 mart 2026. Şənbə

Mourinyo hansı mövqedə oynayıb? - Klopp


Mourinyo hansı mövqedə oynayıb? - Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Tottenhem"in çalışdırıcısı Joze Mourinyonun futbolçu olduğu dönəmdə hansı mövqedə oynadığını bilmədiyini söyləyib.

Corner.az Britaniya mətbuatına istinadən verir ki, o, bununla bağlı jurnalistlərə açıqlamasında deyib: "Mourinyo dünya səviyyəsində məşqçidir. Hansımızın yaxşı oyunçu olduğu bilmirəm. Mən hətta Jozenin hansı mövqedə oynadığını bilmirəm. O, qapıçı idi? Joze hansı mövqedə oynadığını kimsə bilir? Əgər siz bunu bilmirsinizsə, onda məni günahlandırmayın. Məncə, o, qapıçı idi. İndi bilmək istəyirəm. Kimsə "Google"da baxa bilər? Vaxtımız var. O, yarımmüdafiəçi idi? Jozedən üzr istəyirəm. O, bir xeyriyyə matçında qapıda oynamışdı".

Qeyd edək ki, "Liverpul" sabah İngiltərə Premyer Liqasında "Tottenhem"lə qarşılaşacaq.(qol)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər