1 fevral 2026. Bazar günü

Çelsi'də ciddi itki


Çelsi'də ciddi itki

"Çelsi"nin futbolçusu Kristian Pulişiç bir neçə həftə oynamayacaq.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Frenk Lempard Premyer Liqanın 22-ci turunda  "Börnli" ilə matçdan əvvəl keçirilən mətbuat konfransında məlumat verib. İngiltərəli mütəxəssis 21 yaşlı  yarımmüdafiəçini əzələ  ağrıları səbəbi ilə heyətdən çıxardığını bildirib: "Pulişiç əzələsinə görə bir neçə həftə kənarda qalacaq. Bu, bizim üçün itkidir və üzülürük. Miladdan əvvəl bir az yorğunluqdan şikayətləndi. Ona görə də zədə qorxusu səbəbindən onu bir müddət heyətdən çıxardım. Kristian azarkeşləri sevindirməyi bacaran, istedadlı bir futbolçudur".

Qeyd edək ki, ötən ildən London təmsilçisində oynayan K.Pulişiç bu mövsüm Premyer Liqada 16 matça çıxaraq 5 qol vurub və 2 qolun ötürməsini verib.

Əlavə edək ki, bu gün keçiriləcək "Çelsi" - "Börnli" görüşü Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.(qol)







İngiltərə P.L.

 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın
"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"