22 iyun 2026. Bazar ertəsi

Mançester Yunayted'də ciddi itkilər


Mançester Yunayted'də ciddi itkilər
İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted” oyuna itkilərlə çıxacaq.

Corner.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın üç futbolçusu – Skott Maktominey, Markos Roxo və bir müddət əvvəl əməliyyat olunan Pol Poqba bu vacib matçda komandasına kömək edə bilməyəcək.

Zədəsini yeni sağaldan Erik Bayi və Luk Şounun “Liverpul”a qarşı çıxış edib-etməyəcəkləri hələlik məlum deyil.

Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu yanvarın 19-da keçiriləcək.





İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər