23 oktyabr 2024. Çərşənbə

Onlar bizi məğlub edə bilər - Klopp


Onlar bizi məğlub edə bilər - Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted"lə oyun öncəsi açıqlama verib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, rəqibin təcrübəli komanda olduğunu deyib: "Onlarda böyük potensial var. Düşünürəm, "Mançester Yunayted" növbəti mövsüm üçün Çempionların Liqasına vəsiqə qazanacaq. Ona görə, əlbəttə, onlar bizi məğlub edə bilər. Ancaq bunların hamısı bizim necə oynamağımızdan asılıdır. Biz ən yaxşı oyunumuzu oynadığımız zaman istənilən rəqibə problem yaradırıq. Bu, bizim stadionumuzdur, ona görə bunun hamının başa düşməsinə əmin olmalıyıq.

"Liverpul" və "Mançester Yunayted" arasında əvvəlki matçlar xüsusi idi, çünki oyunçular bir-birinə həddindən artıq təpiklə vururdular. Amma mən bunu istəmirəm. Biz kiçik döyüşdə qalib gəlmək deyil, matçda qələbə qazanmaq istəyirik"

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə 20:30-da başlayacaq.(qol)







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
Leni Yoro fərdi məşqlərə başlayıb
  • İngiltərə P.L.
  • 23:07 21.10.2024
Leni Yoro fərdi məşqlərə başlayıb
Xabi Alonso "Bayer" məşhur kluba dəyişir
  • İngiltərə P.L.
  • 19:14 21.10.2024
Xabi Alonso "Bayer" məşhur kluba dəyişir