21 mart 2026. Şənbə

London derbisində heç-heçə, Mançester Siti'dən qələbə


London derbisində heç-heçə, Mançester Siti'dən qələbə
İngiltərə Premyer Liqasında 24-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub. 
 
Son turda “Kristal Pelas”la oyunda xal itirən “Mançester Siti” bu dəfə səfərdə “Şeffild Yunayted”in qonağı olub və minimal hesabla qələbə qazanıb.
 
Turun mərkəzi görüşü Londonda baş tutub. “Çelsi” doğma azarkeşləri qarşısında əzəli rəqibi “Arsenal”la  qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Eyni hesab “Everton” – “Nyukasl” matçında da qeydə alınıb. 
 
İngiltərə Premyer Liqası
24-cü tur
21 yanvar
 
Aston Villa – Uotford 2:1
Qol: D.Luis, 68. Konsa, 90+5 – Dini, 38.
 
Bornmut – Brayton 3:1
Qol: Uilson, 36; 74. Qross, 41-öz qapısına – Muy, 81.
 
Kristal Pelas – Sauthempton 0:2
Qol: Redmond, 22. Armstronq, 48.
 
Everton – Nyukasl 2:2
Qol: Kin, 30. Levin, 54 – Lejen, 90+4; 90+5.
 
Şeffild Yunayted – Mançester Siti 0:1
Qol: Aquero, 73.
 
Çelsi – Arsenal 2:2
Qol: Jorjinyo, 28-pen. Aspilikueta, 84 – Martinelli, 63. Belyerin, 87.
 






İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər