7 may 2026. Cümə axşamı

Klopp komandasını 4 ilə qurdu - Sulşer


Klopp komandasını 4 ilə qurdu - Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer ona qarşı edilən tənqidlərə münasibət bildirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, istədiyi komandanı qurmaq üçün zamana ehtiyacı olduğunu deyib:

"Mənə görə bəzi işlərimizi görmək üçün bir neçə yolumuz var. Klopp bugünkü komandasını 4 ildə qurub və indi onlarda hər şey yaxşıdır. Mən dəfələrlə demişəm ki, istədiyim heyəti qurmaq tez alınmayacaq. Bir transfer pəncərəsində 8-10 oyunçu ala bilmərik. İlk növbədə komandanın planına sadiq qalmalıyıq. Bununla bağlı klub rəhbərliyi ilə danışmışam. Danışıqlarımız yaxşı keçib".(qol)







İngiltərə P.L.