8 noyabr 2026. Bazar günü

Göndərilməkdən qorxmuram - Sulşer


Göndərilməkdən qorxmuram - Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer istefaya göndəriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, işdən çıxarılacağı üçün qorxmadığını deyib: "Rəhbərliklə danışanda hamımız düşündük ki, bəzi qaydalar dəyişdirilməlidir. Müqavilə imzalayanda müəyyən bir plan ətrafında razılaşdıq. Buna görə də istefaya göndərilməkdən qorxmuram. Sadəcə işləməyə davam edirəm. Əlbəttə ki, nəticəyə qazanmaq istədiyinizi bilirəm. Düzgün iş getdiyini göstərmək lazımdır. Ancaq bir futbolçu bu kluba uyğun gəlmirsə, onu əldə etmək üçün çox pul xərcləməyəcəyəm. Heç vaxt "kaş bu futbolçunu komandada saxlaya bilərdim" deyə düşünməmişəm. Oyunçuların klubu tərk etməyinə icazə verməyinizin müxtəlif səbəbləri olur. Gedən futbolçuların bəziləri komandada yaratmağa çalışdığım mədəniyyətə uyğun deyildi. Buz mənim  düşüncəmdir". (qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”