7 may 2026. Cümə axşamı

Emery'i cəzalandırıla bilər


Emery'i cəzalandırıla bilər

İngiltərə Futbol Federasiyası "Arsenal"ın baş məşqçisi Unai Emery barədə intizam işi açıb.

Corner.az-ın məlumatına görə, buna onun İngiltərə Premyer Liqasının 19-cu turunda "Brighton"la heç-heçədən sonra  su qabını təpiklə azarkeşə vurması səbəb olub.İspaniyalı mütəxəssis yanvarın 2-ə kimi özünü müdafiə edə biləcək.

Qeyd edək ki, U.Emery baş verən hadisədən sonra azarkeşdən üzr istəmişdi. O, bu hərəkəti qəsdən etmədiyini deyib.
Xatırladaq ki, U.Emery'nin 1 oyunluq cəzalanacağı gözlənilir.(qol.az)







İngiltərə P.L.