22 iyun 2026. Bazar ertəsi

Özümüzü çempion kimi hiss etmirik - Klopp


Özümüzü çempion kimi hiss etmirik - Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 18-ci turundan təxirə salınmış  "Vest Hem"lə oyundan (2:0) sonra çempionluq mübarizəsi haqda danışıb.

Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hələ ki özlərini  çempion kimi hiss etmədiklərini deyib: "Azarkeşlər nəyisə qeyd edib, mahnı oxuya bilərlər. Amma özümüzü çempion kimi hiss etmirik. And içirəm. Bu gün daha yaxşı oynaya bilərdik. İlk hədəfimiz maksimum xal toplamaqdır. Qarşıda hələ çox oyun var. 70 xalımız var, inanılmaz nəticədir. Amma hər şey ola bilər. Dərindən nəfəs alıb, şənbə günü "Sauthempton"la matç haqda düşünməliyik". (qol)







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər