8 noyabr 2026. Bazar günü

Qvardiola Mançester Siti'dən ayrılır?


Qvardiola Mançester Siti'dən ayrılır?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdə harada çalışacağı müəyyənləşib.

Corner.az sports.es saytına istinadən xəbər verir ki, o, 2020/21 mövsümündə də “Mançester Siti”də qalacaq. UEFA-nın “şəhərlilərə” 2 mövsüm avrokubok qadağası qoymasına baxmayaraq, 49 yaşlı mütəxəssis klubu tərk etməmək qərarı verib.

Məşqçiyə yaxın mənbələr İspaniya mediasına bildiriblər ki, Pep müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi “Mançester Siti”də qalacaq.

Xatırladaq ki, bir müddətdir xarici mediada Qvardiolanın bu mövsümün “Siti”ni tərk edəcəyinə dair xəbərlər yayılıb.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”