20 mart 2026. Cümə

Göndərsələr, etiraz etməyəcəm - Solskjaer


Göndərsələr, etiraz etməyəcəm - Solskjaer

“Manchester United”in baş məşqçisi Ole Gunnar Solskjaer İngiltərə mətbuatına açıqlama verib.

Corner.az xəbər verir ki, “Sky Sports”a danışan Solskjaer, gələcəyiylə bağlı bunları deyib: “Burda növbəti 5 ay ərzində işləyəcəm. Hələ ki, olan plan budur. Mövsümün sonunda klub rəhbərliyinin nə qərar verəcəyini görəcəyik. Hazırda əsas işim komandanın oyununu daha da yaxşılaşdırıb, üst sıralara yüksəlməkdir.Mövsümün sonuna qədər burdayam. Ondan sonra yeni baş məşqçi gələcək. Düşünürəm ki, uğur əldə etmək üçün yaxşı nəticələr qazanmalısan. Mövsümün sonunda rəbərlik mənim getməyimi istəsə, etiraz etməyəcəm, onlarla razılaşacam”.

Jose Mourinho'nun qovulmasından sonra baş məşqçi postuna gətirilən Solskjaer'in “Manchester United”lə mövsümün sonuna qədər müqaviləsi var. "Qırmızı şeytanlar" onun rəhbərliyi altında çıxdığı iki matçda da qələbə qazanıb.(komanda.az)







İngiltərə P.L.

"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər