8 noyabr 2026. Bazar günü

Son əməliyyat olunacaq


Son əməliyyat olunacaq

"Tottenhem"in futbolçusu Son Hın Min əməliyyat olunacaq.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sağ əlindəki sınığa görə əməliyyata ehtiyac duyulub. Onun zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməyəcyi bildirilib.

Beləliklə, Son Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək "Leyptsiq"lə matçı dəqiq buraxacaq.

Qeyd edək ki, koreyalı futbolçu İngiltərə Premyer Liqasının 26-cı turunda "Aston Villa" ilə görüşdə zədələnib.

Əlavə edək ki, Hın Min bu mövsüm İngiltərə Premyer Liqasında 21 matçda 9 qol vurub, 8 qolun ötürməsini verib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”