- İngiltərə P.L.
- 23:50 22.11.2024
"Mən Ronaldonun fanatıyam. O, daim izlədiyim oyunçudur".
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Bruno Fernandeş deyib. O, "qırmızı şeytanlar"ın sabiq oyunçusu və hazırda "Yuventus"da çıxış edən həmyerlisi Kriştiano Ronaldonun azarkeşi olduğunu bildirib:
"Ronaldo karyerasının əhəmiyyətli hissəsini bu klubda keçirdi. O, böyük uğurlar qazandı. Buna görə mən də "Mançester Yunayted"də oynamaq arzusunda oldum. Burada olduğum üçün çox xoşbəxtəm. Çünki uşaqlıq arzum gerçəkləşdi. Düşünürəm ki, "Mançester Yunayted" də çıxış edən istənilən futbolçu hər şeyi qazanmaq istəyir. Komandanın iştirak etdiyi bütün turnirlərdə qalib gəlmək istəyirəm. Mən iddialı bir oyunçuyam". (qol)