15 avqust 2026. Şənbə

Real Madrid'in sabiq qapıçısına sərt cəza


Real Madrid'in sabiq qapıçısına sərt cəza

"Lids"in qapıçısı Kiko Kasilya cəzalandırılıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb  ispaniyalı qolkiperin ötən ilin sentyabrında Çempionşipin 9-cu turunun "Çarlton"la matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi olub.

İngiltərə Futbol Assosiasiyası 5 aydır davam edən araşdırmanın nəticəsinə əsasən, 33 yaşlı qolkiperi 8 oyunluq diskvalifikasiya edib. Həmçinin qapıçı 60 min funt sterlinq məbləğində cərimələnib. 

Qeyd edək ki, Kiko Kasilya ötən yay "Real Madrid"dən transfer edilib.







İngiltərə P.L.