İngiltərə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Corner.az xəbər verir ki, daha üç qarşılaşma baş tutub.
“Lester Siti” öz doğma meydanında “Birmingem”i, “Mançester Siti” isə səfərdə “Şeffild Uensdey”i 1 qolla məğlub edib. “Tottenhem” – “Norviç” matçında isə əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişməyincə, qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Norviç” “Tottenhem”i kubokdan uzaqlaşdırıb.
İngiltərə kuboku
1/8 final
2 mart
Portsmut – Arsenal 0:2
Qol: Papastatopulos, 45+4. Nketia, 51.
3 mart
Çelsi – Liverpul 2:0
Qol: Villian, 13. Berkli, 64.
Ridinq – Şeffild Yunayted 1:2
Qol: Puşkaş, 43-pen – Makqoldrik, 2. Şarp, 107.
Vest Bromviç – Nyukasl 2:3
Qol: Filips, 74. Zohore, 90+3 – Almiron, 33; 45+1. Lazarov, 47.
4 mart
Lester Siti – Birmingem 1:0
Qol: R.Pereyra, 82.
Şeffild Uensdey – Mançester Siti 0:1
Qol: Aquero, 53.
Tottenhem – Norviç 1:1 (penaltilər 2:3)
Qol: Vertongen, 13 – Drmiç, 78.