8 noyabr 2026. Bazar günü

Azarkeşsiz oyanmağın mənası yoxdur - Qvardiola


Azarkeşsiz oyanmağın mənası yoxdur - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola koronavirus epidemiyasına görə oyunların azarkeşsiz keçirilməsi qərarına münasibət bildirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı azarkeşsiz futbol oynamağın mənasız olduğunu deyib:


“Azarkeşsiz oynamağa dəyərmi? Biz işimizi azarkeşlərə görürük. Əgər onlar stadiona gələ bilmirsə, oynamağın heş bir mənası yoxdur. İstəməzdim Çempionlar Liqası və Premyer Liqada boş tirubunlar qarşısında oynayaq”.

Xatırladaq ki, koronavirus epidemiyasına görə artıq bir sıra Avropa ölkələrində çempionat oyunları və avrokubokların bəzi matçlarının azarkeşsiz keçirilməsinə qərar veriirlib.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”