7 may 2026. Cümə axşamı

Tottenhem daha bir futbolçusunu itirdi


Tottenhem daha bir futbolçusunu itirdi
“Tottenhem” klubu ciddi itkiylə üzləşib.
 
Corner.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Stiven Berqveyn sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İngiltərə Premyer Liqasının 29-cu turunun “Bernli” ilə matçında (1:1) zədələnən hollandiyalı futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
22 yaşlı futbolçunun sağalma müddəti tibbi müayinədən sonra açıqlanacaq.






İngiltərə P.L.