5 dekabr 2025. Cümə

"Manchester City" dünyanın ən yaxşı komandasıdır" - Klopp


"Manchester City" dünyanın ən yaxşı komandasıdır" - Klopp

"Çox çətin oyun olacaq.Manchester City hazırkı baş məşqçisi ilə həqiqətən güclü komandadır\".

Corner.az xəbər verir ki, bu sözləri Liverpool'un baş məşqçisi Jurgen Klopp deyib. İngiltərə Premyer Liqasının 21-ci turunda Manchester City ilə keçirəcəkləri oyundan danışan alman mütəxəssis rəqibin güclü olduğunu etiraf etsə də, onlardan çəkinmədiklərini bildirib:"Xalların sayı dəyişsə də, hazırlıq dəyişmir. Digər oyunlarda olduğu kimi, meydana maksimum istəklə çıxmalı, cəsarətli davranmalıyıq. Mənə görə Manchester City dünyanın ən yaxşı komandasıdır. Bu, mənim şəxsi fikrimdir.Küçədə insanları görürəm, onlar normal həyatlarını yaşayırlar. Uşaqların oyunu azarkeşlərin xoşuna gəlirmi? Bəli. Amma fanatlarımızın artıq qələbəni qeyd etməli olduğunu düşünmək hörmətsizlik olardı. Sizcə, biz liderdən 10 xal geridə olsaydıq, mən onlara çatmağın mümkün olmadığını fikirləşərdim? Əlbəttə ki, yox. Sadəcə, 3 yanvarda Manchester City'ni bizimlə vacib, 6 xallıq oyun gözləyir. Bu, rəqib üçün 100 faizlik motivasiyadır. Hər şeyə hazır olmalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək Manchester City - Liverpool oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.(qol.az)







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə