21 mart 2026. Şənbə

Premyer Liqanı bitirmək lazımdır


Premyer Liqanı bitirmək lazımdır
“Əgər icazə versələr, ən qısa vaxtda mövsümü bitirməliyik. Ən idealı bu olar. Əgər növbəti mövsüm yaxınlaşmışkən, bu mövsümü bitirə bilmiriksə, ən yaxşısı yenidən başlamaqdır”.

Corner.az xəbər verir ki, bu sözləri  İngiltərə millisinin sabiq üzvü Co Koul Britaniya mətbuatına açıqlamasında deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi koronavirus epidemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının bərpa edilməsinin tərəfdarı olmadığını bildirib:

“Əminəm ki, məndən daha ağıllı insanlar bu haqda düşünəcək və çıxış yolu tapacaq. Ancaq bu durumda bütün ölkə bir olmalıdır. 100 metrlik qaçışı 70 metrdə dayandırmaq çox mübahisə yaradır. İdmanda bir çox sürprizlə qarşılaşırıq. Premyer Liqanın dayandırılması qərarı bəzi klubların xeyrinə olacaqsa, bəziləri çox üzüləcək. Ancaq hazırda futboldan daha böyük şeylər təhlükədədir. İnsanların həyatından söhbət gedir”.(qol)





İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər