21 mart 2026. Şənbə

İngiltərənin daha bir klubunda koronavirus aşkarlandı


İngiltərənin daha bir klubunda koronavirus aşkarlandı

İngiltərənin "Brighton and Hove Albion" (“Brayton”) futbol klubunun baş direktoru Pol Barber komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu açıqlayıb.

Bu barədə Corner.az “Sky Sports”a istinadən xəbər verir.

"Üç futbolçunu koronavirus testindən keçirdik. Onlardan birinin testinin nəticəsi müsbət oldu. Biz müntəzəm tibbi yoxlama keçirmirik. Oyunçuları və personalı yalnız əlamətlərin yaranması zamanı yoxlayırıq. Virusa yoluxmuş oyunçu bütün lazımlı köməyi alır", - Barber deyib.

Qeyd edək ki, daha əvvəl İngiltərənin 5 futbolçusunda koronavirus aşkarlanıb. Bunlar “Çelsi”, “Portsmut” və “Vest Bromviç” klublarının oyunçularıdır. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb. (report)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər