22 iyun 2026. Bazar ertəsi

Atalıq edirəm, yemək bişirirəm - Poqba


Atalıq edirəm, yemək bişirirəm - Poqba

"Mançester Yunayted"in futbolçusu Pol Poqba karantin müddətində nə ilə məşğul olduğu barədə danışıb.

Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu klubun rəsmi saytında yayımlanan proqramda evdə ailəsi ilə bərabər zaman keçirdiyini bildirib:

"Atalıq edirəm, o, mənə bəs edir. Yemək bişirirəm, həyat yoldaşıma kömək edirəm və yaxşı bir ata oluram".

Fransalı yarımmüdafiəçi azarkeşləri də evdə qalmağa çağırıb: "Mançester Yunayted"i dəstəkləməyə davam edin. Ümid edirəm ki, yaxında geri dönəcəyik. Futbola qayıtmaq və kuboklar qazanmağa davam etmək istəyirəm".







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər