22 iyun 2026. Bazar ertəsi

Tottenhem 550 işçinin maaşını azaltdı


Tottenhem 550 işçinin maaşını azaltdı

"Tottenhem" koronavirus pandemiyası səbəbindən bütün  işçilərinin maaşını azaldıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 550 işçinin hamısının aprel və may ayları üçün maaşı 20 faiz azaldılaraq və məzuniyyətə göndərilib.

Bildirilib ki, bu tədbir klubda iş yerlərinin saxlanılması üçün atılıb.

Maaş azaldılması futbolçulara şamil edilməyib.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqadakı fasiləyə görə xərcləri azaltmaq üçün bu cür tədbirlər görən ikinci ingilis klubudur.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər