11 may 2026. Bazar ertəsi

Liverpul etirazlara görə qərarını dəyişdi


Liverpul etirazlara görə qərarını dəyişdi
 “Liverpul”un 200 işçisini koronavirus pandemiyası səbəbindən tətilə göndərdiyi xəbərini vermişdik.
 
Corner.az xəbər verir ki, Premyer liqa lideri həmin qərarı açıqlamasının ardından ciddi etirazlarla üzləşməyə başlamışdı. Britaniya futbol ictimaiyyəti və azarkeşlərlə yanaşı, komandanın sabiq futbolçular da “Liverpul”u tənqid etməsindən sonra klub geri addım atmaq məcburiyyətində qalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər kəsdən üzr istəyən klub rəhbərliyi bu qərarın da ləğv olunduğunu açıqlayıb.
 
Klubun CEO-su Peter Mur açıqlamasında ciddi səhvə yol verdiklərini etiraf edib: “Məqsədimiz hansısa işçini çıxarmadan və ya maaşını endirmədən kluba ziyan dəyməməsinə nail olmaq idi. Ötən həftə səhv qərar verdiyimizə inanırıq və həqiqətən üzülürük. Başqa alternativlər üzərində düşünməyə başlamışıq”.
 
Qeyd edək ki, daha öncə “Nyukasl”, “Tottenhem”, “Bornmut” və “Norviç Siti” də işçiləri ilə bağlı oxşar qərarlar qəbul etmiş və ciddi tənqidlərlə üzləşmişdi.






İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi
 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi