21 mart 2026. Şənbə

Dadaşovun komanda yoldaşı koronavirusa qalib gəldi


Dadaşovun komanda yoldaşı koronavirusa qalib gəldi

"Vulverhempton"un futbolçusu Leonardo Kampana koronavirusla bağlı yaşadığı təcrübədən danışıb. 

Corner.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu karantindəki dönəmdə koronavirusdan necə sağalmasından söz açıb.

Gənc hücumçu ona 2-3 həftə öncə diaqnoz qoyulduğunu söyləyib: "İlk xəstələnən qardaşım oldu, sonra anam və mən. Atam və bacım da bizimlə birlikdə idi. Bu gün özümü yaxşı hiss edirəm. Güman edirəm ki, bütün ailəm virusa yoluxub, çünki hamımız evimdə birlikdə idik".

Ekvadorlu oyunçu məsələ ilə bağlı klubun həkimi ilə danışdığını söyləyib: "Həkim bizə sakit olmağı və iki həftə evdə qalmağı tapşırdı. 16 gün bunu etdik, sonra atam və bacım sağaldı, Ekvadora qayıtdılar. Anam da yaxşı idi və qayıtmalı idi, sonradan uçuşu ləğv etdilər. Ona görə qardaşım və mənimlə birlikdə bir ay İngiltərədə qalacaq".

Kampana virusa yoluxduğu zaman özünü karantinə aldığını deyib: "Bu çətindir, amma mümkünsüz deyil. İndi klub bizi siyahıya əlavə edib, təlim-məşq mərkəzində növbə ilə çalışırıq". 

Qeyd edək ki, "Vulverhempton"da Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da çıxış edir.(report)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər