21 mart 2026. Şənbə

Mourinyo karantin vaxtı parkda məşq keçdi


Mourinyo karantin vaxtı parkda məşq keçdi

Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq vaxtı diqqəti cəlb edib.

Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, onlardan birinin yarımmüdafiəçi Tanqay Ndombele olduğu bəlli olub.

Eyni parkda London təmsilçisinin daha iki futbolçusu - yarımmüdafiəçi Rayan Sessenyon və müdafiəçi Davinson Sançes də məşq edib. Onlar Mourinyonun qrupundan ayrı çalışıblar.

İngiltərədəki karantin qaydaları insanların gəzintiyə çıxmalarına və ya gündə bir dəfə açıq havada məşqlər etmələrinə imkan verir. Lakin bu zaman insanlar bir-birilərindən iki metr məsafədə olmalıdırlar. Amma oyunçuların bu tövsiyəyə bir neçə dəfə məhəl qoymadıqları diqqətdən yayınmayıb.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.(report)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər