8 may 2026. Cümə

Premyer Liqanın oyunları üçün yeni təklif


Premyer Liqanın oyunları üçün yeni təklif

İngiltərə Premyer Liqasının qalan oyunları “Uembli” stadionunda və “Sent Corc Park” futbol mərkəzində keçirilə bilər.

Corner.az  “The Times”a istinadən xəbər verir ki, belə bir təklifi İngiltərə Futbol Assosiasiyası irəli sürüb.

Bildirilib ki, “Uembli” mövsümü ən qısa müddətdə başa vurmaq üçün gün ərzində bir neçə qarşılaşma qəbul edə bilər. Onun yaxınlığında komandaların yerləşə biləcəyi üçün çoxlu sayda otel və məşq bazaları var.

Qeyd edək ki, İngiltərə Premyer Liqası ən azı aprelin 30-dək təxirə salınıb.(report)







İngiltərə P.L.