14 avqust 2026. Cümə

Çelsi'nin futbolçuları maaşların azaldılması razı olmadı


Çelsi'nin futbolçuları maaşların azaldılması razı olmadı

"Çelsi" klubunun futbolçuları maaşlarının 30 faiz azaldılması barədə rəhbərliyin təklifini rədd ediblər.

Corner.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, oyunçular məvaciblərinin azaldılmasına 10 faizdən çox güzəşt etmək istəmirlər. Daha öncə "Arsenal"ın futbolçuları maaşlarının 12,5 faizinin azaldılmasına razılaşıblar.

Qeyd edək ki, İngiltərə Premyer Liqası ən azı aprelin 30-dək təxirə salınıb. 







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”