8 noyabr 2026. Bazar günü

Premyer Liqa klubunda maaşlar dayandırıldı


Premyer Liqa klubunda maaşlar dayandırıldı
İngiltərənin “Şeffild Yunayted” klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar bəzi qərarlar qəbul edib.
 
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçuların və məşqçilərin maaşlarının bir hissəsi və bonus ödəmələrini ilin sonuna kimi dondurub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu və məşqçi heyətinə təşəkkür edən klubun CEO-su Stefen Bettis, bunun sayəsində klubda çalışan digər şəxslərin maaş problemi ilə üzləşməyəcəyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, “Şeffild Yunayted” Premyer Liqada 28 oyuna topladığı 43 xalla 7-ci pillədə qərarlaşıb.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”