22 iyun 2026. Bazar ertəsi

Premyer Liqada əvəzetmə sayı artırıla bilər


Premyer Liqada əvəzetmə sayı artırıla bilər

İngiltərə Premyer Liqasında əvəzetmələrin sayı artırıla bilər.

Corner.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, çempionatın təşkilatçıları koronavirus pandemiyasına görə dayandırılan mövsümün bərpasından sonra komandalara hər oyunda 5 dəyişikliyə icazə verilməsinin tərəfdarıdır.

Oyunçuların fiziki hazırlığı yüksək səviyyədə olmadığından onların zədə riskini azaltmaq üçün belə bir qərar verilə bilər.

Qeyd edək ki, daha əvvəl FİFA tərəfindən təklif olunan paketdə görüşlərdə beş əvəzləmə olmasına icazə verilmişdi. Bu təsdiqlənərsə, Premyer Liqa klubları bundan istifadə etmək barədə özləri qərar verəcəklər.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər