22 iyun 2026. Bazar ertəsi

Liverpul'un əfsanəsi 62 yaşında öldü


Liverpul'un əfsanəsi 62 yaşında öldü

İrlandiya millisinin və "Liverpul"un əfsanələrindən olan Maykl Robinson dünyasını dəyişib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 62 yaşında vəfat edib. Onun ölümünə səbəb xərçəng şişi olub. 

Qeyd edək ki, o, karyerası ərzində İngiltərənin "Preston Nort-End" (1975 - 1979), "Mançester Siti" (1979 - 1980), "Brayton" (1980 - 1983), "Liverpul" (1983 - 1984), "Kuinz Park-Reyncers" (1984 - 1986) və İspaniyanın "Osasuna" (1986 - 1989) klublarının formasını geyinib. Robinson İrlandiya yığmasında 26 oyuna 6 qol vurub.








İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər