21 mart 2026. Şənbə

Poççetino'nun xəyalı Tottenhem


Poççetino'nun xəyalı Tottenhem

Maurisio Poççetino sabiq klubu "Tottenhem"i yenidən çalışdırmaq istəyir.

Corner.az xəbər verir ki, bu barədə argentinalı mütəxəssis "BT Sport"a açıqlamasında deyib: 

"Heç kim böyük bir yolun bu cür bitməsini istəməzdi. Ancaq  qəlbimin dərinliklərində "Tottenhem"lə yollarımın yenidən kəsişəcəyini hiss edirəm. Xəyalım bir gün bu kluba qayıtmaq və yarımçıq qoyduğum işi tamamlamaqdır. Kuboklar qazanmaqla bağlı düzgün yolda idik, amma təəssüf ki, etmədim. Mən də gələcək planlarım üzərində düşünürəm. Amma yenə də "Tottenhem"ə qayıtmaq istəyərdim. Çünki həm klub, həm də azarkeşlər mənim üçün çox xüsusidir. Nə qədər davam edirsə etsin, ölməzdən əvvəl "Tottenhem"ə qayıdıb, kubok qazanmaq istəyirəm. Çünki bunun mənası mənim üçün böyükdür".

Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə "Tottenhem"i çalışdırıb.(qol)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər