27 avqust 2026. Cümə axşamı

Premyer Liqanın bərpası ilə bağlı yeni vaxt


Premyer Liqanın bərpası ilə bağlı yeni vaxt

İngiltərə Premyer Liqası rəhbərliyi klublara mövsümün bərpası ilə bağlı hazırlanan cədvəli göndərib.

Corner.az "The Telegraph"a istinadən xəbər verir ki, cədvələ əsasən, klublara mayın 18-dən etibarən tam hazırlığa başlamağa icazə veriləcək. Matçlar isə iyunun 8-dən bərpa olunacaq.
 
Bu plan cümə günü planlaşdırılan konfransdan əvvəl klublarla fərdi şəkildə müzakirə ediləcək.

Qeyd edək ki, cədvəl koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlərin mayın 7-dən etibarən İngiltərədə yumşaldılacağı əsas götürülərək hazırlanıb.(qol)







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın