11 may 2026. Bazar ertəsi

Futbolçuların çoxu qorxur - Aquero


Futbolçuların çoxu qorxur - Aquero
"Mançester Siti”nin futbolçusu Sexio Aquero koronavirus pandemiyasının yaratdığı çətinliklərdən danışıb.

Corner.az xəbər verir ki, argentinalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında məşqlərə başlayacaqları haqqında məlumatlandırıldıqlarını, ancaq matçların tarixi haqda heç nə bilmədiklərini deyib. O, oyunlara başlayacaqları təqdirdə də çətinliklərlə üzləşəcəklərini bildirib: "Simptom göstərməyən, ancaq xəstəlik daşıyan insanlar var. Xəbərimiz belə olmadan virusa yoluxa bilərik.  Futbolçuların çoxu qorxur. Çünki uşaqları və ailələri var.

"Biri xəstələnən kimi, düşünəcəyik ki, nə baş verir? Olduqca gərgin bir vəziyyət olacaq. Ancaq ümid edirəm ki, ən qısa zamanda virusun dərmanı tapılar və bütün bunlar sona çatar”.

Qeyd edək ki, Premyer Liqanın bərpası ilə bağlı müxtəlif tarixlər göstərilir. Hətta çempionatın erkən başa çatıdırılması haqda da xəbərlər yayılıb.(qol)





İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi
 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi