8 noyabr 2026. Bazar günü

Mançester Yunayted'in futbolçusu karantini pozdu


Mançester Yunayted'in futbolçusu karantini pozdu
“Mançester Yunayted”in müdafiəçisi Markos Roxo koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydasını pozub.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hazırda vətəni Argentinada olan futbolçunun dostları ilə birgə əyləndiyi məlum olub.
 
Onların təşkil etdiyi partidən görüntüləri futbolçunun qardaşı Franko sosial şəbəkə hesabında paylaşıb. O, həmin videonu az müddət sonra silsə də, bu görüntülərin mətbuatda yayılmasının qarşısını almaq mümkün olmayıb.
 
Qeyd edək ki, Argentina yığmasının üzvü bu ilin əvvəlində ölkəsinin “Estudiantes” klubuna icarəyə verilib.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”