8 noyabr 2026. Bazar günü

Liverpul'un çempion olmaması insafsızlıq olar


Liverpul'un çempion olmaması insafsızlıq olar
“Hamı çempionatın tamamlanmasını və nəticələrin meydanda bəlli olmasını istəyir. Hər şeyin belə sona yetməsi çox pis olar”.

Corner.az xəbər verir ki, bu sözləri “Tottenhem”in kapitanı Huqo Loris koronavirus pandemiyasına görə Premyer Liqada mövsümün ləğvi ehtimalından danışarkən deyib.

Fransalı qapıçı “L'Equipe” nəşrinə açıqlamasında belə bir qərar veriləcəyi təqdirdə ən çox “Liverpul”a haqsızlıq olacağını bildirib: “Nəticələrin ləğv edilməsi xüsusilə çempionluğa çox yaxın olan “Liverpul”a qarşı insafsızlıq olar. Mövsümün ən həyəcanlı dönəminə girmək üzrəydik. Heç kim Premyer Liqanın belə bitməsini istəmir”.

Qeyd edək ki, Premyer Liqa 29-cu turda dayandırılıb.(qol)






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”