8 noyabr 2026. Bazar günü

Dadaşovun komandasındakı şansı azalır


Dadaşovun komandasındakı şansı azalır

“Vulverhempton” klubu yay transfer dönəmində "Brügge"dən heyətinə qatmaq istədiyi Emmanuel Dennis üçün 22,91 milyon funt sterlinq ödəyəcək. 

Corner.az Wolves.vitalfootball" nəşrinə istinadən xəbər verir ki, bu, komandanın gənc oyunçuları Leonard Kampana və Renat Dadaşov tərəfindən müsbət qarşılanmaya bilər. 

Nəşr hər iki futbolçunun U-23 komandasında inkişaf etdiyini və əsas komandaya yüksəlməyi gözlədiyini vurğulayıb. 

Bildirilib ki, nigeriyalı hücumçunun transferi onların şanslarını daha da çətinləşdirəcək. Baş məşqçi Nunu Eşpiritu Santunun Dadaşov və Kampananı Avropa Liqası üçün sifariş etdiyi, lakin hələ onlara şans vermədiyi də yazıda əksini tapıb. Azərbaycanlı futbolçunun əsas komandada dəqiqələr qazanmasının çətin olacağı bildirilib. 

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.(report)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”