22 iyun 2026. Bazar ertəsi

Premyer Liqanın bərpasına icazə verildi


Premyer Liqanın bərpasına icazə verildi

İngiltərə Premyer Liqası iyunun 1-dən qaldığı yerdən davam edə bilər.

Corner.az-ın "Sky Sports"a istinadən məlumatına görə, yerli hökumət sözügedən tarixdən ölkədə bütün idman yarışlarının bərpasına icazə verib.

Amma bütün oyunlar  azarkeşsiz baş tutacaq. Tərəfdarlarına tribunalara qayıdışına yalnız koronavirusun vaksini tapıldıqdan sonra icazə veriləcək.

Qeyd edək ki, İngiltərədə idman yarışları mayın sonunadək təxirə salınmışdı.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər