8 noyabr 2026. Bazar günü

Karantin qaydalarını pozdu, evində əyləncə verdi - VİDEO


Karantin qaydalarını pozdu, evində əyləncə verdi - VİDEO

"Vulverhempton"un U-23 komandasının futbolçusu Morqan Gibs-Uayt karantin qaydalarına əməl etməyib.

Corner.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi izolyasiya qaydalarını pozaraq evində əyləncə təşkil edib və görüntüləri sosial şəbəkədə paylaşıb.

Məclisdə ölkədə yayımlanan realiti-şou iştirakçıları ilə yanaşı, onlarla insan iştirak edib.

Bir müddət öncə koronavirusla mübarizə çərçivəsində #evdəqal aksiyasına qoşulan ingiltərəli oyunçunun hərəkəti birmənalı qarşılanmayıb. Buna görə tənqid hədəfinə çevrilən Gibs-Uayt videonu silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Vulverhempton"un U-23 komandasının üzvüdür.(report)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”