8 noyabr 2026. Bazar günü

Messi yoxsa Ronaldo? - Klopp'un seçimi


Messi yoxsa Ronaldo? - Klopp'un seçimi

"Liverpul”un baş məşqçisi Yurgen Klopp Lionel Messi və ya Kriştiano Ronaldonun dünyanın ən güclü futbolçusu olması məsələsində seçimini edib.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis deyib:

“Mənim üçün Messi ən yaxşıdır. Əgər ideal futbolçunun rəsmini çəkə bilsəydim, bu, Ronaldonun boyu olardı. Həmin ideal oyunçu onun kimi tullana və sürətlə qaça bilərdi. Ronaldonun işinə peşəkar yanaşmasından yaxşısı ola bilməz. Digər tərəfdə isə bəstəboy Messi var. O, hər şeyi rahatlıqla görür. Argentinalı meydanda bir oyunçu kimi mənə daha xoş gəlir. Amma Kriştiano da inanılmaz futbolçudur”.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”