22 iyun 2026. Bazar ertəsi

Son İngiltərə qayıtdı


Son İngiltərə qayıtdı

"Tottenhem"in futbolçusu Son Hın Min Cənubi Koreyada hərbi xidmətdən keçdikdən sonra İngiltərəyə qayıdıb.

Corner.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Onun koronavirus testinin nəticəsi müsbət olacağı təqdirdə, karantində olacaq. 27 yaşlı hücumçuda pandemiya aşkarlanmasa, o, gələn həftədən klubun bazasında fərdi məşqlərə başlayacaq.

Xatırladaq  ki,  S.H.Min 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib.(qol)







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər