6 dekabr 2025. Şənbə

Uotford'un kapitanı məşqə çıxmaqdan imtina etdi


Uotford'un kapitanı məşqə çıxmaqdan imtina etdi

"Uotford"un kapitanı Troy Dini klubunun bu gün başlayacaq məşqində iştirak etməkdən imtina edib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu özü məlumat verib.  5 aylıq körpəsinin nəfəs almaqla bağlı problem yaşadığını deyən ingilis oyunçu koronavirusun yayılması təhlükəsi səbəbindən bu addımı atdığını söyləyib:

"Bu həftə məşqə başlayacağımızı bildirdilər. Mən məşqlərdə iştirak etməyəcəyimi klub rəhbərliyinə çatdırdım. Bir nəfərin belə koronavirus olması mənim o pandemiyanı  evimə aparmağıma kifayət edəcək. Oğlum üçün təhlükə yaratmayacağam. Bunu məndən istəyə bilməzlər."

Onun sözlərinə görə, koronavirusun yayılmasını qarşısını almaq məqsədi ilə yeni qaydalara əsasən, məşqlərdən sonra klubun bazasında paltarlarını dəyişə bilməyəcəklər:  "Eyni çirkli paltarlarla evə gedəcəyik. Oğlum və həyat yoldaşımın olduğu evə bəlkə də virusa yoluxmuş paltarla daxil olacağam. Ailəmi qorumaq, qazanacağım puldan daha vacibdir.(qol)







İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır