14 avqust 2026. Cümə

Premyer Liqa iyunun 12-də başlamayacaq


Premyer Liqa iyunun 12-də başlamayacaq

"Uotford"un futbolçusu Kristian Kabasele İngiltərə Premyer Liqasının bərpa vaxtı haqda danışıb.
 
Corner.az xəbər verir ki, belçikalı müdafiəçi “goal.com”a açıqlamasında çempionatın nəzərdə tutulduğu kimi, iyunun 12-də bərpa olunacağına inanmadığını deyib: 

“Premyer Liqanın iyunun 12-də bərpa olunması mümkün deyil. Çünki uzun fasilədən sonra üç həftədən az məşq edib, meydana çıxmaq riskli ola bilər. Məlumatın düzgünlüyündən əmin deyiləm, ancaq düşünürəm ki, Premyer Liqa iyunun 12-də başlamayacaq”.

Qeyd edək ki, Premyer Liqa klublarına mayın 19-dan məşq etməyə icazə verilib.(qol)







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”