8 noyabr 2026. Bazar günü

Premyer Liqa klubunun futbolçusu koronavirusa yoluxdu


Premyer Liqa klubunun futbolçusu koronavirusa yoluxdu

İngiltərənin "Bornmut" klubunun futbolçusu Aaron Remsdeyl koronavirusa yoluxub.

Corner.az-ın məlumatına görə, bu barədə ingiltərəli qapıçı "The Sun" nəşrinə açıqlamasında deyib.

22 yaşlı qolkiper bildirib ki, onda infeksiya təkrar testdən sonra aşkarlanıb. U-21 millisinin üzvü virusa supermarketdə yoluxduğunu ehtimal edir: "Bu, mənim üçün şok oldu. Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdur. Bu isə o deməkdir ki, sağlam insan belə, daşıyıcı ola bilər. Olduqca qorxulu və narahatedici məqamdır".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martda pandemiya səbəbindən dayandırılıb. (report)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”