1 fevral 2026. Bazar günü

Mourinyo Tottenhem'in məşqlərinə velosipedlə gəlib


Mourinyo Tottenhem'in məşqlərinə velosipedlə gəlib

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb. 

Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sky Sports"a açıqlamasında səhər saat 9:00-dan 17:00-dək məşq etdikləri dövrlərinin olduğunu bildirib. Mourinyonun sözlərinə görə, futbolçulara yalnız fərdi məşq icazəsinin verilməsi səbəbindən bir neçə fərqli müddət ayırmalı olublar: "Kimisi saat 10:00-da, kimiləri isə növbəti saatların tamamında məşqlərə gəlirdi. Açığı, köməkçi-məşqçilər hansısa anda çox yorğun idilər".

Mourinyo məşqə velosipedlə getdiyini də açıqlayıb: "Siz həmin fotonu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 29 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.(report)







İngiltərə P.L.

“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın
"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"