8 noyabr 2026. Bazar günü

Baş məşqçinin atası koronavirusdan öldü


Baş məşqçinin atası koronavirusdan öldü

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Din Smitin atası Ron Smit dünyasını dəyişib. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 79 yaşında koronavirusdan ölüb. R.Smit 4 həftə əvvəl koronavirusa yoluxub və xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Ron Smit 6 il demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) xəstəliyindən əziyyət çəkib. 







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”